22:58
(077) 610-22-33

Aydın Bəşirovdan 27 milyon açıqlaması

  • >
423 2 Dekabr 2013 10:55 | Cəmiyyət

“Bunu yazanlar xəstədir, başlarına hava gəlib”





Yeni yaradılmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sələfi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun gəmiçiliyin inzibati binasının təmirinə sənədlər üzərində 27 milyon manat silməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Sabiq rəis A.Bəşirov publika.az-a açıqlamasında deyib: "Mən 10 milyona böyük zavod tikmişəm, cənab prezident də gəlib açılışını edib. Hazırda həmin zavod da fəaliyyət göstərir. Axı mən necə 27 milyonu silə bilərəm? 27 milyona 3 yeddi mərtəbəli inzibati bina almaq olar. Bunu yazanlar xəstədir, başlarına hava gəlib. Kim 5-10 manat verir onlara ki, bunu yazsınlar. Onlar da bu cür yalan və cəfəng yazılar yazırlar. Bu yazılanlar qətiyyən məni maraqlandırmır. Çünki tamamilə yalan və cəfəngiyatdır. Qoyun yazsınlar, daha yaxşı. Onlar bu yazılarla məni reklam edirlər. Hər şeyi Allah özü görür və bilir.

Mənim işim odur ki, hər hansı xəstə insanın sağalmasına yardım edim. Mənə xəstəliklə bağlı kim ağız açıbsa, hər birinə kömək etmişəm. Hətta, elələri olub ki, heç kəsin xəbəri olmadan həmin adamları müalicəyə göndərmişəm. Bunu heç kəs də bilməyib, ancaq valideynləri və mən bilmişəm".

A.Bəşirov hazırda istirahət etdiyini söyləyib: "Mən Assosiasiya prezidentiyəm. Mən İngiltərənin belə ordeni ilə təltif olunmuş adamam. Eyni zamanda Azərbaycan prezidenti tərəfindən yüksək mükafatlara layiq görülmüşəm. Heç cənab prezidentimiz mənim vəzifədən getməyim barədə sərəncam belə yazmayıb. Bu, cənab prezidentimizin mənə olan hörmətinin bir nümunəsidir. İki qurumu birləşdirib ediblər bir qurum. Bu isə müsbət addımdır. Mən bu qurumun gələcək fəaliyyətinə uğurlar arzu edirəm. İndi mənim 66-ya yaxın yaşım var. Mən ömrümün sonunadək də bunu deməyi özümə borc biləcəm. Cənab prezident məni ölümdən qurtarıb, məni ailəmə bağışlayıb".

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin yazdığına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də aparılan daxili yoxlamalar on milyonlarla ölçülən maxinasiyaları üzə çıxarıb.

Qəzet yazır: "Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsi ilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib.

Yoxlamalar zamanı bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Binanın təmiri adı ilə mənimsənilən məbləğin ayrılmış vəsaitin təxminən 80-90 faizini təşkil etməsi də gələn məlumatlar sırasındadır".

AzNews.az
Top xəbərlər
Bağla X