İTV-də fövqəladə vəziyyət: “Köhnə komanda” kütləvi şəkildə qovulur - YENİLƏNİB

İTV-dən işdən çıxarılanlar siyahısına yeniləri əlavə olunub.

AzNews.az-ın məlumatına görə, bunlar İTV-nin Türkiyə müxbiri Rəhimə Mirzəyeva, operator Dilqəm Mirzəyev, "Carçı-film" Yaradıcılıq Birliyinin böyük redaktoru Anar Məmmədov, telekanalın Aran bölgəsi üzrə müxbiri Əminə Rəhimova, Gəncə müxbiri Vaqif Tanrıverdiyevdir.

Bu arada AzNews.az-a analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılovun işdən çıxarılmasının səbəbləri məlum olub. Mənbə bildirir ki, onun işdən çıxarılması Cəmil Quliyevin müavini Şaiq Məmmədovla aralarında yaranan problem olub.

Şaiq Məmmədov əvvəlcə onun müəllifi olduğu "Yekun" analitik proqramınıın aparıcılığına yiyələnib, sonra isə İTV-dən çıxarılmasına müvəffəq olub.

***
12:55
AzNews.az- a daxil olan məlumata görə, bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb.

Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, analitik proqralar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı istefa verib.

İşdən çıxarılanlar arasında "Carçı-film" Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilova da var. Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirir.

Məlumatlara görə, İTV-dən kütləvi işdən çıxarılmalar əmək müqavilələrinin vaxtının bitməsi ilə əlaqələndirilir. Belə ki, adı çəkilən əməkdaşlarla bağlanmış müqavilələr dekabrın 1-də başa çatıb. Bu gün kütləvi şəkildə işdən əməkdaşlarla yeni müqavilə imzalanmayacağı bildirilib. Bunu isə İTV rəhbərliyi "yuxarıdan verilən tapşırıq"la əlaqələndirib.

Xatırladaq ki, bir müddət öncə AzNews.az analitik proqramlar departamentinin direktoru, "Prezident seçkiləri-2013" teledebatların moderatoru Füzuli İsmayılov efirdən uzaqlaşdırılması barədə məlumat yaymışdı.


http://www.aznews.az/site/?c=news&id=41796

Elnur
AzNews.az