TQDK məzunlara müraciət etdi

TQDK ümumi orta və ya tam orta təhsil səviyyəsini əvvəlki illərdə başa vurmuş, lakin buraxılış imtahanında iştirak etməmiş və ya buraxılış imtahanında ən azı bir fəndən "2" almış məzunlara müraciət edib.

Qurum bildirib ki, bu məzunlar buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin "Şagird-məzun" sisteminə daxil edilməsi və təhsil sənədinin verilməsi üçün bitirdikləri ümumtəhsil müəssisələrinə və yaxud Şəhər (rayon) təhsil şöbələrinə müraciət edə bilərlər.

Elnur
AzNews.az