09:13
(077) 610-22-33

AZTV-dən İTV-yə daha bir transfer – Özəl (Yenilənib)

  • >
446 2 Dekabr 2013 14:26 | Cəmiyyət

İTV-nin ictimaiyyətlə əlaqələr departamentinə yeni təyinatla bağlı, televiziyadan açıqlamalar gəlib. Məsələ ilə bağlı Akif Cabbarlı AzNews.az-a deyib ki, onun təyinatı ilə bağlı xəbər həqiqətə uyğun deyil: ""Doğrudur, İTV rəhbərliyi mətbuatla bağlı bir çox məsələləri mənə tapşırıb. Ancaq mənim həmin vəzifəyə təyinatımla bağlı əmr verilməyib".


***
14:52

İTV-də İctimaiyyətlə Əlaqələr Departamentinin işdən uzaqlaşdırılan rəhbəri Tahir Məmmədovun yerinə təyin olunmuş şəxsin adı artıq məlumdur.

AzNews.az-a daxil olan məlumata görə, departamentin yeni müdiri də AzTV-dən gətirilən kadrdır. Cəmil Quliyev İTV-yə direktor olduqdan sonra AzTV-dən İTV-yə transfer edilən Akif Cabbarlı bu müddət ərzində başqa şöbədə çalışıb.

Ancaq 1 aydan artıq müddət imiş ki, ictimaiyyətlə əlaqələr departamentin işi ona tapşırılıbmış.

A.Cabbarlı departamentə rəhbər təyin edildikdən sonra ona köməkçi də verilib. Bu şəxs Elçin Verdiyevdir. Onun bu günə kimi Texniki şöbədə çalışdığı bildirilir.
Xatırladaq ki, aprel atından etibarən İTV-dən 50-dən artıq işçi vəzifəsini itirib. Onların yerinə yalnız AzTV-nin əməkdaşları təyin edilib.
Azər
AzNews.az
Bağla X