19:26
(077) 610-22-33

MSK sədri beynəlxalq simpoziumda iştirak edəcək

  • >
474 2 Dekabr 2013 15:03 | Cəmiyyət

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniyanın Parlament Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin dəvətinə əsasən, Malayziyanın paytaxtı Kuala Lumpurda rəsmi səfərdədir.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, səfərdə məqsəd Böyük Britaniyanın Parlament Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin və Malayziya Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə keçiriləcək seçki məsələlərinə həsr olunmuş VII Beynəlxalq simpoziumda iştirak etməkdir. 3-4 dekabr tarixində keçiriləcək tədbirin mövzusu "XXI əsrdə seçki islahatları"dır.

Simpoziumun keçirilməsində məqsəd tədbirə qatılan müxtəlif ölkələrin seçki qurumları rəhbərlərinin və seçki ekspertlərinin seçki prosesi və onun idarə edilməsində əldə etdikləri təcrübələri bölüşmək və bu sahə ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində MSK sədrinin bir sıra digər görüşləri də nəzərdə tutulub.

Səfərdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

AzNews.az
Bağla X