Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA – Özəl

Mətbuatda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun birinci müavini Qəzənfər Novruzovu vəzifədən azad etməsi və onun yerinə Vüsal İsmayılovun təyin olunması ilə bağlı məlumat yayılıb.

Yayılan xəbərlərlə bağlı AzNews.az-a açıqlama verən V.İsmayılov birinci müavin Qəzənfər Novruzovun vəzifədən kənarlaşdırılması xəbərini təsdiqləsə də, özünün birinci müavin vəzifəsinə təyinat alması ilə bağlı xəbərin həqiqətə uyğun olmadığını bildirib:

"Mən öz vəzifəmdəyəm. Heç bir başqa vəzifəyə təyin edilməmişəm".

Qeyd edək ki, icra başçısının müavini olan V.İsmayılov həm də YAP Binəqədi rayon təşkilatının sədridir.

Azər
AzNews.az