18:19
(077) 610-22-33

Şvarsneger Bakıya gəlir

  • >
432 2 Dekabr 2013 18:13 | Cəmiyyət

Hollivud ulduzu Arnold Şvarsneger 2014-cü ilin fevralında Bakıya gəlir.

ANS PRESS-in məlumatına görə, bu barədə 1news.com saytı məlumat yayıb.

O, Succesful Strategies şirkətinin dəvətilə Bakıda keçirilən "Hər şeyi xatırlamaq: Mənim inanılmaz uğur hekayəm" adlı master-klassda iştirak edəcək.

Arnold Şvarsneger 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində polis ailəsində anadan olub. O, uşaqlıqdan ağırlıq qaldırma ilə məşğul olub. 21 yaşı tamam olanda Arnold ABŞ-a köçür. Bodibildinq məşqlərini burda da davam etdirir.

22 yaşında o özünü aktyor kimi sınamaq qərarına gəlir və Hollivuda üz tutur. Aktyor burada ona dünya şöhrəti gətirən filmlərə çəkilir.

Arnold Şvarsneger 1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub, 4 uşağı var.


AzNews.az
Bağla X