Cəmil Quliyev İsmayıl Ömərovun daha bir kadrını “vurdu“ - Özəl

İTV-nin baş direktoru Cəmil Quliyev daha bir yetkilini vəzifəsindən uzaqlaşdırıb.

AzNews.az-a daxil olan məlumata görə, bu dəfə Maliyyə Departamentinin direktor müavini, əslən Gürcüstandan olan Hamlet Mollayev postu ilə vidalaşıb. Xatırladaq ki, bir müddət əvvəl bu departamentin direktoru Şəfəq Nəcəfova və departamentin daha 5 əməkdaşı işdən çıxarılmıştı. Onların yerinə AzTV-nin əməkdaşları təyinat almışdı.

Azər
AzNews.az