18:20
(077) 610-22-33

Gülər Əhmədovanın məhkəməsindən sonra QALMAQAL - VİDEO

  • >
456 2 Dekabr 2013 22:44 | Cəmiyyət

İlqar Mikayıloğlunun keçmiş və hazırkı həyat yoldaşları arasında insident qanlı bitib

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesindən sonra qalmaqal düşüb. Jurnalistlər binanı tərk edəndən sonra sabiq deputatın ailə üzvləri arasında ciddi qalmaqal yaşanıb. Bu qalmaqal Starxeber.com saytının əməkdaşları tərəfindən video-lentə alınıb.

Musavat.com aydınlaşdırıb ki, yaranmış davaya səbəb G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun birinci həyat yoldaşı ilə ikinci həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova (ANS-dəki "Hökm" verilişinin aparıcısı) arasında yaşanan söz atışması olub. Musavat.com-un əməkdaşı şahidlərin fikirlərinə əsasən aydınlaşdırıb ki, hər iki qadın müntəzəm olaraq G.Əhmədovanın məhkəmə iclaslarında iştirak edib.

Videokadrlara bilgisi olmayanların baxması onlara heç nə aydınlatmır. Lakin müsavat.com-un müxbiri bu qısa videoları şərh etdirə bilib. Nəticə belədir:" Kadrlardan görünür ki, İ.Mikayıloğlunun birinci həyat yoldaşı ağlaya-ağlaya "Mən ona neyləmişəm? Deyir, İlqara deyəcəm, sənin ağzına ... qoysun", sözlərini deyir və Z.Bayramovaya hücum çəkmək istəyir. Onun qarşısını alan, üstünə təpinən, hətta sakitləşməsi üçün itələyən isə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovdur.
Bu arada məhkəmənin əsas qapısında davam edən davada isə Zülfiyyə xanımın üstünə hücum çəkən şəxs G.Əhmədovanın bacısı Gülnar Quliyevadır. Onu sakitləşdirən isə G.Əhmədovanın digər qardaşı və onun həyat yoldaşıdır.

Tərəflər arasında söz atışması məhkəmə zalında baş verib. Məhkəmədən əldə etdiyimiz xəbərə görə, ailə üzvləri G.Əhmədova ilə zalda söhbət edərək, təsəlli verməyə çalışıblar. Bu zaman zaldakı qadınlar arasında dava düşüb. G.Əhmədovanın bacısı Gülnar Quliyeva və İ.Mikayıloğlunun birinci həyat yoldaşı Zülfiyyə Bayramovanın zala gəlməsindən narazı olduqlarını bildirərək, "sən kimsən bura gəlirsən", deyiblər. Tərəflər arasında ilk əlbəyaxa dava məhkəmə zalında yaşanıb. Qadınlar bir-birinin üzünü cırıblar. Buna G.Əhmədova da şahid olub.
Zaldan nəzarətçilərin vasitəsilə çıxarılan ailə üzvlərinin davası bayırda da davam edib. Həmin zaman Z.Bayramova həyat yoldaşı İ.Mikayıloğluna zəng edərək, onun birinci həyat yoldaşından və bacısından şikayətlənib. Davanın qızışmasına səbəb bu telefon zəngi olub. İ.Mikayıloğlunun kadrlarda görünən birinci həyat yoldaşının etirazı da məhz bu telefon zənginə görə olub.

Məhkəmə binasının qabağında davam edən dava nəticəsində G.Quliyevanın üzü qan içində qalıb. Z.Bayramova ilə bir-birinin üzlərini cırmaqlamaları hər ikisinin vəziyyətini pisləşdirib. Vəkil xanımın da üzü cırmaq yaraları ilə dolu olub. Hadisəni görənlər qalmaqalın ifrat həddə olduğunu deyir.
Müşahidəçilərin sözlərinə görə, ailə üzvlərinin aqressiyasına səbəb məhkəmə hökmü olub. G.Əhmədovaya 3 il cəza verildiyini öyrənəndən sonra aqressivləşən yaxınları qərarın acısını bir-birindən çıxarıblar". (Musavat.com)


Bağla X