05:40
(077) 610-22-33

Dövlət qulluğuna qəbulla bağlı imtahanlar başladı

  • >
385 3 Dekabr 2013 08:58 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 95 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1046 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, imtahanlara bu gündən etibarən start verilib.

Qeyd edək ki, 4, 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 95 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1046 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Oktyabrın 4-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 4-də, oktyabrın 25-də elan edilmiş müsabiqə üzrə qeydiyyat noyabrın 25-də başa çatıb. Noyabrın 5-də elan edilmiş müsabiqə üzrə qeydiyyat dekabrın 4-də, noyabrın 20-də elan edilmiş müsabiqə üzrə qeydiyyat isə dekabrın 19-da başa çatacaq.

Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatı üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatları üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər iddia etdikləri vakant inzibati vəzifə üzrə nəzərdə tutulmuş test imtahanının tarixini və vaxtını seçməklə öz adlarını tapa bilərlər.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin edən "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı Komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.

AzNews.az
Bağla X