Əmək fəaliyyətilə bağlı vətəndaşları narahat edən suallardan biri də məzuniyyət pulunun necə hesablanması məsələsidir. Bu sualla bağlı ətraflı məlumat vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas müddəaları təqdim edirik: Əmək fəaliyyətilə bağlı vətəndaşları narahat edən suallardan biri də məzuniyyət pulunun necə hesablanması məsələsidir. Bu sualla bağlı ətraflı məlumat vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas müddəaları təqdim edirik:

Məzuniyyət pulu necə hesablanır?

Əmək fəaliyyətilə bağlı vətəndaşları narahat edən suallardan biri də məzuniyyət pulunun necə hesablanması məsələsidir. Bu sualla bağlı ətraflı məlumat vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas müddəaları təqdim edirik:

Ödənişli əsas məzuniyyətdən istifadə etmək işçinin əsas hüquqlarından biridir. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilrbsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.

Göründüyü kimi, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Qeyd olunmalıdır ki, "Ödənişli məzuniyyətlər haqqında" Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 saylı Konvensiyanın 7.2-ci maddəsində də məzuniyyət haqqının əvvəlcədən ödənilməsi nəzərdə tutulub. Bunun məntiqi izahı onunla bağlıdır ki, işçinin məzuniyyət hüququndan real istifadə etməsi (onun istirahət etməsi, müalicə olunması və s.) üçün pul vəsaitinə ehtiyacı var (nəzərə alsaq ki, işçinin iş yerindən aldığı haqlar onun yeganə dolanışıq mənbəyidir). Lakin, buna baxmayaraq, bu qayda imperativ (əmredici) qayda deyil və bunun əmək müqaviləsində əksi nəzərdə tutula bilər.

Əmək müqaviləsində məzuniyyət haqqının əvvəlcədən və ya sonradan ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmayıbsa, bu zaman işəgötürən məzuniyyət haqqını əvvəlcədən ödəməlidir. Məzuniyyət haqqı hər hansı səbəbdən əvvəlcədən ödənilmədikdə işçi sonradan onun ödənilməsini tələb edə bilər.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 7-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması" qaydasına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır:

Orta aylıq əmək haqqı -

(ƏN1 x Ə1 + ƏN2 x Ə2+ …) + ƏN

___________________________

N

Burada ƏN1, ƏN2… -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi;

ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi;

Ə1, Ə2…-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təhsil əmsalları;

N – məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı.

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.


Sevinc

AzNews.az