Milli Məclisdə etirazlar: “Xalqımız nə vaxt neftin bəhrəsini görə biləcək?“

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri qiymət artımı məsələsini müzakirə ediblər.

"Qafqazinfo" xəbər verir ki, millət vəkili İqbal Ağazadə bildirib ki, büdcə layihəsinin müzakirəsi zamanı mən demişdim ki, qiymətlər artacaqmı?

"Amma hökümət üzvləri buna cavab verməldilər. Buna nə ehtiyac var idi? Nəyə əsasən yanacağın qiyməti artırılmalı idi? Sadəcə müraciət etdim deyə qiymət artırlmalı deyildi. Əgər yanvardan 30 faiz qalxacaqsa, sentyabrdan bu 90%-ə çatacaq. Bu ciddi problemdir. Mən hökümətdən tələb edirəm ki, yenidən buna baxsın və bunu əsaslandırılsın. Mən başa düşmürəm ki, qiymət azalması niyə yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə bu gündən?"

Millət vəkili Zahid Oruc bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımı baş verməsi normaldır: "Büdcə müzakirələrində bunu hökumət üzvləri qeyd etmişdilər. Qeyd edilib ki, əhalinin elə bir təbəqəsi yaranıb ki, onların imkanları var. Bunun proqnozu da verilmişdi. Mən 2007-ci ili xatırlayıram. Tarif Şurası bir həftədən sonra izahat vermişdi. Bununla əlaqədar bir sıra kateqoriyaların maaşları artacaq. Bunu da yaxın günlərdə görəcəyik"

Fazil Mustafa qeyd edib ki, qiymət artımını əsaslandırmanın heç bir əsası yoxdur: "Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır. Pensiyalar artmalı idi. 125 manat yaşayış minumumu isə vətəndaşın bir avtomobil idarə etməsinə bəs edir. Əvvəlcədən az təminatlı insanların necə yaşacğını təxmin edilməli idi. Belə çıxır ki, bundan sonra hökumət yol, tunel çəkilişini dayandırmalıdır. Velosiped yolları çəkməlidir. Neft ölkəsiyik. Azərbaycan xalqı nə vaxt bunun bəhrəsini görə biləcək?

AzNews.az