03:09
(077) 610-22-33

Dərsliklərdən ƏDV tutulmayacaq

  • >
394 3 Dekabr 2013 12:45 | Cəmiyyət

Dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlara ƏDV tətbiq olunmayacaq.

AzNews.az-ın xəbərinə görə, Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ilə məşğul olanlara ƏDV tətbiq olunmayacaq.

Məcəlləyə dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Məsələ barədə məlumat verən parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, yuxarıda adı çəkilən mallardan ƏDV tutulmayacaq.
Sənəd müzakirələrdən sonra qəbul edildi.

AzNews.az
Bağla X