08:04
(077) 610-22-33

Regional münaqişələrlə bağlı sənəd qəbul edildi

  • >
509 3 Dekabr 2013 13:54 | Cəmiyyət

Dekabrın 3-də Tbilisidə GUAM Parlament Assambleyasının (PA) iclasında iki sənəd qəbul edilib. Birinci sənəd GUAM ölkələrinin kommünikesidir. İkinci sənəd isə Baltik ölkələri PA-nın və Polşanın qoşulduğu bəyanatdır.

Qəbul edilən sənədlərdə GUAM iştirakçı ölkələri qarşısında dayanan əsas məqsədlər əks olunub. Həmin sənədlərdə əsas diqqət regional münaqişələrlə bağlı məsələlərə ayrılıb.

GUAM PA-nın sərdi Zurab Abaşidze bildirib ki, sənəddə Şərq Tərəfdaşlığı proqramına dəstək əks olunub: "Moldova və Gürcüstanın uğurları göz qabağındadır. Sənədlərdə qeyd edilir ki, heç bir dövlətin suveren və müstəqil ölkələrin seçiminə müdaxilə etmək hüququ yoxdur".

Onun sözlərinə görə, sənədlərdə münaqişələrə xüsusi diqqət ayrılıb. Öz növbəsində həmin münaqişələr GUAM dövlətləri ilə bağlıdır.

Z.Abaşidze qeyd edib ki, Azərbaycan, Gürcüstan və Moldova bu problemlə üz-üzədir: "Sənədlərdə həmin dövlətlərin ərazisində digər ölkələrin Silahlı Qüvvələrinin yerləşməsi pislənilir. Bundan başqa, Gürcüstan tərəfinin tələbi ilə sənədə Gürcüstanda işğal xətti boyunca məftil çəpərlərin quraşdırılması məsələsi daxil edilib və bu, qəbul edilən sənədlərlə qınanılır".

Tbilisidə GUAM ölkələrinin Parlament Assamleyasının ikigünlük iclası keçirilir. Gürcüstan hazırda təşkilatın fəaliyyətdə olan sədridir.

AzNews.az
Bağla X