Ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın Ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın

Prezident təqaüdünü kimlər alacaq?

Ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın


Azərbaycanda bu il Prezident təqaüdünü hər qrup üzrə maksimal bal toplayan 25 nəfər alacaq. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
TQDK-dan AzNews.az-a verilən məlumata görə, qruplarda ballar fərqli olduğundan, ola bilsin bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alsın. Abbaszadə abituriyentlərin builki nəticələrinin keçən illə müqayisədə aşağı olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq bu il orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri bunu gözləməyə əsas verirdi.
"I qrupda keçən il 220 bal toplayan abituriyentlərin sayı bu il 200 bal toplayanların sayından çox idi. Bu da həmin qrup üzrə imtahan verənlərin bilik səviyyəsinin daha aşağı olmasından xəbər verir", - TQDK sədri deyib.


Aynur

AzNews.az