14:20
(077) 610-22-33

Gediş haqlarının artırılması ilə bağlı Rəsmi açıqlama

  • >
496 4 Dekabr 2013 13:30 | Cəmiyyət

Nəqliyyat Nazirliyi paytaxtda sərnişindaşımada xidmət göstərən avtobuslarda özbaşına qiymət artıran xətt sahiblərini cəzalandırıb.

Nazirliyin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov Movqe.az-a açıqlamasında bildirib ki, nazirlik hələki qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib:

"Bizə özbaşına qiymət artımı ilə bağlı dünəndən siqnallar daxil olur. Artıq biz qiyməti özbaşına artıran xətt sahibləri barədə ölçü götürmüşük. 131 saylı xətdə özbaşına qiymət artımının qarşısı alınıb. Bu nəzarət tədbirləri davam etdirilir. Burdan bir daha elan edirəm ki, Tarif Şurası tərəfindən şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşımada gediş haqları artırılmayıb. Düzdür sahibkarlar bizə benzinin son qiymət artımından sonra da gediş haqqlarının artırılması üçün Tarif Şurasına müraciət etmək üçün məktub göndəriblər. Amma bir daha qeyd edirəm ki, Nəqliyyat Nazirliyi bunun üçün Tarif Şurasına müraciət etməyib".
Qeyd edim ki, paytaxtda benzinin qiymətinin artması artıq bəzi xətlərdə özbaşına qiymət artımı ilə nəticələnib. Sərnişinlərin Movqe.az-a verdikləri xəbərə görə, Bakı-Sumqayıt xəti üzrə qeyri-qanuni sərnişindaşıyan avtobuslar gediş haqqını artıraraq 50 qəpik ediblər.

Son qiymət artımı paytaxtda eləcə də rayonlarda da taksi xidmətində qiymət artımına səbəb olub. Artıq paytaxtdan şəhərlərarası taksi xidmətində də nəzərəçarpacaq qiymət artımı müşahidə olunur. N. Həsənov isə açıqlamasında bildirdi ki, Bakı-Sumqayıt istiqamətində hətr hansı bir xətdə qiymət artımından söhbət gedə bilməz:

"Qeyri-qanuni xətlərə gəlincə, biz nəinki onların qiymət artımı özlərinin fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görürük. Taksi xidməti isə özəl sektor olduğundan nazirlik onların qiymət siyasətinə müdaxilə edə bilmir. Amma bir daha qeyd edirəm ki, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişin daşımada gediş haqları artırılmayıb. Bunun üçün ola bilər ki, Nəqliyyat Nazirliyi xətt sahiblərinin istismar xərclərinin artmasını nəzərə alıb nə vaxtsa belə bir müraciət etsin. Amma bu gün nazirlikdən Tarif Şurasına belə bir müraciət olmayıb".

AzNews.az
Bağla X