19:30
(077) 610-22-33

Ədliyyə Nazirliyindən Gülər Əhmədova açıqlaması

  • >
513 4 Dekabr 2013 14:24 | Cəmiyyət

“Onun səhhətində heç bir problem yoxdur”





Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həbsdə olan sabiq deputat Gülər Əhmədovanın təcridxanada həkim nəzarətində saxlanıldığı ilə bağlı onun vəkilinin verdiyi açıqlamanı təkzib edib.

Bu barədə Lent.az-a açıqlama verən qurumun rəis müavini İftixar Qurbanov bildirib ki, G.Əhmədovanın səhhətində heç bir problem yoxdur və o, xüsusi olaraq hər hansı formada həkim nəzarətinə götürülməyib.

Rəis müavininin sözlərinə görə, hazırda sabiq deputatın səhhətində onun həyatı üçün təhlükəli sayıla biləcək heç bir problem yoxdur: "Gülər Əhmədovanın səhhəti stabildir və heç bir problem yoxdur. Ancaq bununla belə, bütün məhbuslarda olduğu kimi, o da, təcridxanada fəaliyyət göstərən həkimlərin ümumi nəzarətindədir".

İ.Qurbanov bildirib ki, sabiq deputat Müalicə Müəssisəsinə köçürülməyib və onun səhhəti heç bir həkim tərəfindən xüsusi olaraq nəzarətə götürülməyib.

Xatırladaq ki, G.Əhmədovanın vəkili Əfsər Talıbov mətbuata açıqlamasında bildirmişdi ki, sabiq deputatın səhhətində problemlər olduğu üçün həkim nəzarətinə götürülüb.

AzNews.az
Bağla X