02:24
(077) 610-22-33

İTV-də daha bir departament rəhbəri “vuruldu” – Özəl

  • >
1 304 4 Dekabr 2013 15:53 | Cəmiyyət

Dünən 12 nəfərin işdən çıxarıldığı İTV-də daha bir dəyişiklik olub.

AzNews.az-a daxil olan məlumata görə, İnformasiya Departamentinin müdiri Mehparə Quliyevanın da səlahiyyəti əlindən alınıb. İTV-dəki mənbəmizin sözlərinə görə, Mehparə Quliyevanın işdən çıxarılması barədə rəsmi əmr olmasa da, faktiki o, öz vəzifəsini icra etmir: "Hazırda bütün səlahiyyətləri əlindən alınan M.Quliyeva iş günü ərzində kabinetindən çıxmır, göndərişlərin imzalanması, müxbirlərin çəkilişlərə göndərilməsi, xəbər redaktəsi kimi vəzifəsinin gərəkdirdiyi işlərin heç birini yerinə yetirmir. Vəzifəyə gətirildikdən 2 gün sonra ona verilən xidməti maşın da geri alınıb. Hətta faks aparatı belə otağından aparılıb".

Məlumata görə, onun zərərsizləşdirilməsinə səbəb baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı mübahisə etməsi olub.

Elə buna görə də Şaiq Məmmədov İTV-yə Lider Televiziyasından Elgün İbrahimov adlı əməkdaş gətirib və bütün səlahiyyətlər M.Quliyevadan alınaraq, böyük redaktor vəzifəsinə gətirilən E.İbrahimova verilib. Hazırda həm Analitik Proqramlar, həm də İnformasiya Departamentinə faktiki olaraq E.İbrahimov rəhbərlik edir.

Qeyd edək ki, M.Quliyeva vəzifəsinə sentyabrın 3-də təyin olunmuşdu.


Azər
AzNews.az
Bağla X