- Köhnə - Cəmiyyət
- 4 Dekabr 2013 18:56
- 2 447
Deputatlar İstanbula gedəcək
İstanbulda fəaliyyət göstərən Xəzər Strategiya İnstitutunun təşkil etdiyi tədbirə Xəzəryanı ölkələrdən dövlət və hökumət nümayəndələri, parlamentarlar, alimlər, KİV nümayəndələri qatılacaqlar.
Forumda region ölkələri arasında münasibətlərin daha da inkişaf etdirilməsi və inteqrasiya məsələləri müzakirə olunacaq. Xəzər regionu ilə bağlı orijinal tədqiqatlar aparılması, həmçinin enerji, beynəlxalq münasibətlər, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit məsələləri üzrə strateji tövsiyələr veriləcək.
AzNews.az