“Bəxti gətirənlər” işbazlar tərəfindən aldanılır “Bəxti gətirənlər” işbazlar tərəfindən aldanılır

Saxta uduş kampaniyaları

“Bəxti gətirənlər” işbazlar tərəfindən aldanılır

Son zamanlar xüsusi ilə gündəlik qida məhsullarının
bir çoxunda rast gəlinən " bəxtinizi bir daha sınayın" kuponları bəzi insanların
hiddətinə səbəb olur. Bəxt sınamağı məsləhət görən bütün firmalar əslində,
insanların əsəbi ilə oynayır. Əksər insanlar belə bir uduşlara rast
gəlmədiklərini və bu "uduşların" udulması ilə bağlı yayılan məlumatların yalan
olduğunu düşünürlər. Elə isə görəsən, bu kuponları malların arasına salıb, həyəcan
yaratmaq istəyən firmalar nə vaxta qədər insanlarla oynayacaq?

Əlbəttə ki, bu kuponlar məhsulun satışının
artmasına sitimul verir. Məhsulunu satan firma isə əvəzində insanlara heç bir
şey vermir, "Bəxtini yenidən sına"
məsləhətindən savayı... Bəzi insanlar
isə Allah etməmiş hansısa bir uduşun
çıxdığı zaman da bu uduşları ala bilməməsindən şikayyət edir. Bu məsələyə münasibət
bildirmək üçün Azad İstehlakçılar Birliyinin sədiri Eyyub Hüseyinova müraciət
etdik. Onun sözlərinə görə, adətən keyfiyyətsiz məhsullarda uduş kanpaniyaları
keçirilir. O bildirdi ki, insanlarda inam yaratmaq üçün arada kimlərinsə nəsə
udması elan olunur, amma çox vaxt "bəxti gətirən" şəxs qismətinə çata bilmir: "Elə
bu yaxınlarda vətəndaşlardan biri bizə müraciət edərək "Oçaqoviski" pivəsindən
televizor udduğunu söylədi. Biz dəfələrlə İqtisadi İnkişaf Nazirliyinə bu
barədə bildirdik. Lakin onlar da vətəndaşa kömək edə bilmədilər. Keçən il isə
Tovuz rayon sakini "Çiko" günəbaxan tumlarından "07" juqli avtomabili udmuşdu
ancaq o bu "uduşu" ala bilmədi. Firma rəhbərlərinin insanlara qarşı haqsızlıq
edirlər. Bu məsələ ciddi
araşdırılmalıdır".

Mövzunu daha geniş şəkilədə yaxın günlərdə
araşdıracağıq.

Bahadur Qobustan



AzNews.az