17:48
(077) 610-22-33

“Böyük İpək Yolu” gənc sahibkarların forumunu keçirir

  • >
352 5 Dekabr 2013 09:42 | Cəmiyyət

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı dekabrın 6 və 8-i tarixində Türkiyənin İstanbul şəhərində "Gənc Sahibkarlar Şəbəkəsi" adlı gənc biznesmenlərin beynəlxalq forumunu keçirəcək. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq konfransa dünyanın 25 ölkəsindən gəlmiş gənc sahibklarlar qatılacaq. Toplantı Rusiya, Yunanıstan, Gürcüstan, Macarıstan, Hindistan, İsrail, İraq, Rumıniya, Qazaxstan, Makedoniya, Qırğızstan, Ukrayna, Sinqapur, Özbəkistan, Pakistan, Moldova, İordaniya və digər ölkələrdən olan gənc sahibkarları bir araya gətirəcək.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstək verdiyi tədbirin açılışında Azərbaycan Milli Məclisinin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının rəhbəri Fuad Muradov, İslam Konfransı Gənclər Forumunun nümayəndəsi Elməddin Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Genc MÜSİAD-in vitse-prezidenti Yavuz Fəttahoğlu qatılacaq.

Toplantının əsas məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrdə fəaliyyət göstərən gənc sahibkarlarının şəbəkəsini yaratmaqdır.

"Böyük İpək Yolu" BGT 2012-ci ilin iyununda 25 ölkə gəncinin iştirakı ilə Bakıda təsis olunub.

AzNews.az
Bağla X