18:24
(077) 610-22-33

Sabah 15 dərəcəyədək şaxta qeydə alınacaq

  • >
420 5 Dekabr 2013 11:40 | Cəmiyyət

Sabah Azərbaycan ərazisində hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Qərb və şimal-qərb küləyi gündüz arabir əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 7-12, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə isti olacağı ehtimalı var.

AzNews.az
Bağla X