21:39
(077) 610-22-33

Tağı Əhmədovun müavini: “Vicdansızlıq edirlər...”

  • >
312 5 Dekabr 2013 11:49 | Cəmiyyət

Metropolitendən sökülən evlər barədə açıqlama

Xəbər verdiyimiz kimi, 7-ci mikrorayonda məcburi köçkünlərin də yaşadığı ərazidə Bakı Metropoliteni yeni tikintiyə başlayıb. Bununla əlaqədar sakinlər ərazidən köçürülür. Köçürülmə şərtləri isə qaneedici deyil. Bu barədə AzNews.az-a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Əsasən, məcburi köçkünlərin ünvanladığı həmin müraciətdə onlara torpaq təklif edildiyi bildirilir. Həmin sakinlər isə torpağın pulla əvəzlənməsini istəyir. Bununla bağlı AzNews.az-a açıqlama verən Tikilən Bakı Metropoliteninin rəisi, Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib ki, yeni deponun tikintisi üçün hazırlıqlar çoxdan başlayıb. 200-dən artıq sakinə kompensasiya verilərək ərazidən köçürülüb: "7-ci mikrorayon ərazisində yeni depo tikilir. Bununla əlaqədar olaraq, sakinlər ərazidən köçürülür. Yerli sakinlərə kompensasiya, burada sonradan məskunlaşmış məcburi köçkünlərə isə torpaq verilir".

O, nəinki köçürülmə şərti ilə razılaşmayanların, hətta kompensasiya məbləğindən narazı qalanların olduğunu etiraf edib: "30-dan artıq sakinlə işimiz məhkəmədədir. Bəziləri vicdansızlıq edir, daha çox qazanmaq istəyir. Məcburi köçkünlərlə də problemimiz var. Onlar da torpaq istəmirlər. Lakin bunu biz müəyyənləşdirmirik. Bu məsələ müxtəlif səviyyələrdə həll olunub. Hökumət bu cür qərar verib. Əvvəlcədən müəyyənləşdirilib ki, məcburi köçkünlərə torpaq, digərlərinə isə kompensasiya verilsin".

Ruhiyyə
AzNews.az

Bağla X