09:05
(077) 610-22-33

Hüquq müdafiəçiləri MTN-də saxlanılan “Hizbullah” üzvü ilə görüşdü

  • >
654 10 Avqust 2012 12:34 | Cəmiyyət

Elçin Behbudov: "Rəşad Babayev özünü təqsirli bilir"


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi məlumata görə, istintaq təcridxanasında ventilyasiya sistemi işləkdir, saxlanma şəraiti normaldır: "Orada saxlanılan Rəşad Babayevlə görüşdüm. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilir. Saxlanma şəraitindən, ona qarşı münasibətdən şikayəti yoxdur. Vəkillə təmin olunub. Həmçinin istintaq təcridxanasında Amid Nehmətovla görüşdük.

Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur. Özünü təqsirli bilir.
Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Eyni zamanda Nardaran sakini Qasımov Rahim Müseyib oğlu ilə görüşdük.
Cinayət Məcəlləsinin 274-cü (vətənə xəyanət) maddəsinə əsasən ittiham olunur. "Hizbullah" terror təşkilatının üzvü olub. İranda silahdan istifadə təlimi keçib. Özünü təqsirli bilir. Vəkillə təmin olun. Hazırda istintaqı davam etdirilir".

E. Behbudov MTN istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş müvəkkili Hacı Məmmədovla da maraqlandığını bildirib: "Məndə olan məlumata görə, onun səhhətində hər hansı problem yoxdur. Dietik yeməklərdən istifadə edir. Heç kimlə görüşmür".


Aynur

AzNews.az

Bağla X