01:32
(077) 610-22-33

Sabah 37 dərəcə isti olacaq

  • >
791 10 Avqust 2012 12:41 | Cəmiyyət

Sabah Azərbaycan Bakıda isti, yağmursuz hava şəraiti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən AzNews.az verilən məlumata görə, avqustun
11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə
22-27, gündüz 32-37 dərəcə isti təşkil edəcək.



Abşeronun çimərliklərində dəniz suyunun temperaturu
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan,
Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

İlkin

AzNews.az

Bağla X