“Bakıelektrikşəbəkə” təkzib etdi: “Qiymət artımı yoxdur”

"Bakıelektrikşəbəkə"-dən işğın qiymətinin artması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında, onlarda işığın qiymətinin artması ilə bağlı heç bir rəsmi məlumatın olmadığını söylədi: "Bizdə qiymət artımı yoxdur. Qanuni şəkildə bizə heç bir rəsmi məlumat daxil olmayıb".

Qeyd edək ki, mətbuatda, Tarif Şurasının qərarına əsasən, "Azərenerji"yə satılacaq təbii qazın qiymətinin 2 dəfə bahalaşması ilə bağlı məlumatlar dərc edilib.(anspress)