23:23
(077) 610-22-33

Zəlimxan Yaqub müalicəyə getdi

  • >
680 6 Dekabr 2013 20:47 | Cəmiyyət

AzNews.az Modern.az - a istinadən xəbər verir ki, uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub Almaniyaya gedib. Şairin ailəsindən verilən məlumata görə, Zəlimxan Yaqub artıq bir həftədir ki, Almaniyadadır: "Bir həftə olar Almaniyadadır. Səhhəti yaxşıdı. Elə təxminən bir həftədən sonra da qayıtmalıdı. Hər şey yaxşı olmalıdı".

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb.

Sonradan ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb. Hətta bu ilin payızına təyin olunan transplantasiya əməliyyatı da bəzi səbəblərdən ertələndi. Bu dəfə də şair həkim müayinəsindən keçməyə gedib. Zəlimxan Yaqub Bakıda mütəmadi olaraq dializ müalicəsi alır.


AzNews.az
Bağla X