Astara ilə- “Haqq-hesab”

AzNews.az-ın növbəti layihəsi olan "Haqq-hesab"da bu dəfə Astara rayonu qonaq olub.


Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezident sərəncamlarına əsasən rayonda həyata keçirilən təbdirlər barədə fotolar danışır.

Qeyd edək ki, ölkə prezidentinin sərəncamına əsasən 33 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsinin birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının tikintisi məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə vəsait ayrılsın.

Bundan başqa prezident İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Prezidentinin ehtiyat fondundan vəsait verilib.

Dövlət başçısı həmçinin Astara rayonunun on iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, rayonun əhalisinin ümumi sayı 100 min 848 nəfərdir ki, ondan 50424 nəfərini kişilər, 50424 nəfərini isə qadınlar təşkil edir.Əhalinin 22994 nəfəri şəhərdə, 77884 nəfəri isə qəsəbə və kəndlərdə yaşayır.Əhalinin sıxlığı hər 1 km2-də 164 nəfərdir. Orta ömür müddəti 73.8 ildən çoxdur. Kişilər üçün 71.2 yaş, qadınlar üçün 76.6 yaşdır. Yaşı 85-dən çox olan Astara sakinlərinin sayı 191 nəfərdir.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description