“Hacıbala Abutalıbov işdədir” - Açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu postdan azad edilməyib.

Bu barədə Lent.az-a BŞİH-in mətbuat xidmətinin əməkdaşı Nailə Əliyeva məlumat verib.

O deyib ki, Hacıbala Abutalıbovun vəzifədən azad olunduğu ilə bağlı xəbərlər yalandır və o, hazırda işinin başındadır.

N.Əliyevanın sözlərinə görə, yayılan bu xəbərlər də bu günə qədər bu qəbildən olan məlumatlarda eyni motivlidir və heç bir əsası yoxdur.

Qeyd edək ki, ötən həftənin sonunda mətbuata yayılan məlumatlarda bildirilirdi ki, BŞİH rəhbəri işdən azad edilib. Məlumatda o da bildirilirdi ki, H.Abutalıbovun yerinə təyin olunan məmur da artıq bəllidir. Bu şəxsin Abşeron rayonunun icra hakimiyyəti başçısı Zakir Fərəcov olduğu yazılırdı.

AzNews.az