Şaxtalı hava şəraiti hökm sürəcək

Azərbaycanda gecə saatlarında şaxtalı hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 9-dan 10-na keçən gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında hava çiskinli olacaq. Gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-4, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, cənub-şərq rayonlarında az yağıntılı olacaq, qərb küləyi əsasən dağlıq ərazilərdə gündüz saatlarında güclənəcək.

Bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, bəzi yerlərdə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

AzNews.az