Nazirlik siyahı açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində Nazirliyin xəttilə mənzil alanların və növbədə duranların SİYAHISI açıqlanıb.

AzNews.az xəbər verir ki, Samux, Beyləqan, Zaqatala, Ağdam və Bakının Nizami rayonunda yaşayan, həmin rayonların icra hakimiyyətlərində ev növbəsində dayanan əlil və şəhid ailələrinin siyahısı verilib.

Fərdi ev və torpaq növbəsində dayanan Qarabağ müharibəsi əlillərinin siyahısı da öz əksini tapıb.

Qeyd edək ki, avtomobil alanların və bunun üçün növbədə duranların da SİYAHISI açıqlanıb.

AzNews.az