03:57
(077) 610-22-33

Nasaz nəqliyyatdan istifadə edənlər cərimə olunacaq - VİDEO

  • >
573 9 Dekabr 2013 18:35 | Cəmiyyət

Nəqliyyat vasitələrini nasaz idarə etməyə görə bu ilin 10 ayı ərzində 17 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 5 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb. Nəqliyyat vasitələrini belə idarə edən sürücülərə qarşı mübarizə tədbirləri genişləndiriləcək.

Xoşagəlməz halların qarşısının alınması üçün bu cür sürücülərə xəbərdarlıq olunur. Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, nəqliyyat vasitələrinin sahibləri nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməli, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər.

Texniki vəziyyəti dövlət standartlarına, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən və qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verilməməlidir. Xəttə buraxılan nasaz avtobuslar qəza törətdiyi halda isə, qanunvericiliyin tələbinə uyğun olaraq sürücülərlə yanaşı, nəqliyyat vasitələrinin sahibləri də məsuliyyətə cəlb olunacaq.

"Belə sürücülər 150 manat miqdarında cərimə edilir. Tək fiziki şəxslər deyil, hüquqi şəxslər də cəzalandırılır" - BDYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirib.

Bu tədbirlərin görülməsində məqsəd baş verən qəzaların və bu qəzalarda dünyasını dəyişən insanların sayının azaldılmasıdır. Sərnişin avtobuslarının xəttə çıxarkən nasaz olub-olmamasına Nəqliyyat Nazirliyi də müvfiq olaraq nəzarət edir. Qurumdan aldığımız məlumata görə, bu cür hallar baş verdikdə onlar da avtobus sürücülərinə qarşı xüsusi cəza tədbirləri görürlər.





AzNews.az
Bağla X