02:20
(077) 610-22-33

Qəzetlərə dövlət dəstəyinin yeni qaydaları

  • >
496 10 Dekabr 2013 20:24 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. 10 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirdi ki, iclasda iki məsələnin - "2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının və cari məsələlərin" müzakirəsi nəzərdə tutulub. Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli, Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verdi. O, həmçinin, KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd etdi. Bildirdi ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilirdi. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olardı. V. Səfərli onu da bildirdi ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-lərinin texniki imkanlarının, dövriliyinin və tirajlarının artımına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olardı. Müşahidə Şurasının üzvləri təqdim edilmiş təkliflər ətrafında müzakirə apardılar. Müşahidə şurasının üzvü Əflatun Amaşov qeyd etdi ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün, yeni müsabiqə şərtlərində tiraj və yaymla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı Ə. Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasının da məqsədə uyğunluğunu vurğulayıb. Müşahidə Şurasının üzvləri Vüqar Rəhimzadə, Rəşad Məcid çıxış edərək tiraj və yayım şərtinin dəyişdirilməsinin KİV redaksiyalarını öz işlərinə daha məsuliyyətli yanaşmağa vadar edəcəyini bildirdilər. Sonra təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi * * * * Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELANI Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır: 1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. 2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. 3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması. 4. İctimai və dövlət maraqlarının müdafiəsi. 5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. 6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi. 7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması. 8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği 9. Azərbaycançılıq ideyasının təbliği. 10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. 11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. 12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi. 13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi. 14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. 15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 16. Elm və təhsilin inkişaf etdirilməsi. 17. Ekologiya və ətraf mühitin mühafizəsi. 18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. 19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər: - müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövrüliyi həftədə 1 dəfədən və tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər. Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir: - Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar; - barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar; - əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər; - təsisçisi dini qurumlar və dini icmalar olanlar; - xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar; - xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar; - təsisçiləri dövlət orqanları olanlar; Maliyyə yardımının şərtləri: - layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır; - ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir. Hər layihə üçün maksimum məbləğ 30 000 (otuz min)manat müəyyən edilmişdir. Hər KİV bir layihə təqdim edə bilər. Sənədlər dekabrın 10-dan 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir.. Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap Elektron variant (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir. (Musavat.com)
Bağla X