04:07
(077) 610-22-33

Bayramqabağı ucuz yarmarkalar təşkil ediləcək

  • >
605 10 Dekabr 2013 23:13 | Cəmiyyət

Yeni il bayramı ilə əlaqədar paytaxtda kənd təsərrüfatı məhsullarının ucuz satış yarmarkası təşkil olunacaq.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a bildirib ki, məqsəd əhalinin bir sıra ərzaq mallarına artan tələbatını ödəməkdir.

"Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə ərzaq məhsullarının satış yarmarkasını təşkil edəcək. Tezliklə yarmarkaların ünvanları elan olunacaq".


AzNews.az
Bağla X