Hicran Hüseynova: “Xanımlarımız dövlət qurumunda yetərincədir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az-a verdiyi açıqlamada bildirib ki, qadınlar ölkənin bütün sahələrində təmsil olunur. "Ölkəmizin həyatında elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın"-deyən komitə sədrinin sözlərinə görə, qadınlar Azərbaycanda ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə geniş təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda çalışırlar. "Biz çalışmalıyıq ki, qadınların inkişafa, yeni sahələrə yiyələnməyə marağı artsın. Artıq gender anlayışı yeni səviyyəyə çıxır. Qadınlar üçün daha böyük imkanlar yaradılmalıdır ki, onlar öz potensialından geniş istifadə etsinlər" – deyə, H. Hüseynova qeyd edib.

Gültən

AzNews.az