15:24
(077) 610-22-33

“Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu”- Tədbir

  • >
351 11 Dekabr 2013 11:00 | Cəmiyyət


Azərbaycanda keçirilən "Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu" adlı beynəlxalq tədbiri başa çatıb.

Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı və Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramının maliyyə dəstəyi ilə baş tutan beynəlxalq tədbirin başlanış mərasimində iştirakçı gənclərin fikirləri öyrənilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib.

Mərkəzin informasiya bölməsinin rəhbəri Qızılgül Teyyubova çıxış edərək, tədbirin əhəmiyyəti, keçilmiş görüşlər və onların nəticələri barədə məlumat verib.

Qeyd edib ki, ölkəmizdə qonaq olan gənclər bu tədbir çərçivəsində Azərbaycanda hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, insanların mədəni-mənəvi dəyərlərinə və dinlərinə ciddi şəkildə hörmət edildiyini öz gözləri ilə müşahidə ediblər.

Tədbirdə iştirak edən əcnəbi gənclər də çıxış edərək, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu, burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamalarını təqdirəlayiq hal kimi qiymətləndirib.

Qeyd edək ki, tədbirin əsas məqsədi müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək və bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılması idi.

Tədbirdə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova, Ukrayna və Gürcüstan kimi ölkələrdən iştirakçılar təmsil olunub.

Elnur
AzNews.az
image description image description image description image description
Bağla X