07:15
(077) 610-22-33

“ElMed” klinikasının direktoru: “Pulu Elçin Əlibəyliyə vermişik”

  • >
431 11 Dekabr 2013 12:31 | Cəmiyyət

"Klinikanın televiziyada reklamının təşkili ilə bağlı sövdələşməmiz Elçin Əlibəylinin özü ilə olub".


Bu sözləri açıqlamasında tanınmış teleaparıcı Elçin Əlibəylini dələduzluqda ittiham edən "ElMed" klinikasının direktoru Ramil Quliyev deyib. Onun sözlərinə görə, E. Əlibəyliyə pul vermələrinə dair əsaslı sübutlar var: "Bizim əlimizdə bununla bağlı sənədlər var. Həmçinin Elçin Əlibəyli ilə internetdə yazışmalarımız da mövcuddur. Bütün bunlarla bağlı polisə məlumat vermişik, onlar bu işlə məşğul olurlar. Bizim indi nə isə deməyimiz polisin işinə qarışmaq olar. Ona görə də bu məsələ ilə bağlı hələlik ətraflı açıqlama vermək niyyətimiz yoxdur. Polis nəyi məsləhət bilsə, onu da açıqlayar".

Qeyd edək ki, Azərbaycanda tanınmış teleaparıcısı dələduzluqda ittiham olunur. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb.

Araşdırma nəticəsində E. Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib.

Hələlik fakt üzrə cinayət işi başlanmayıb.

Elçin Əlibəyli açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: "Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm". (apa)
Bağla X