08:59
(077) 610-22-33

Deputatlarımız Ukraynaya gedir

  • >
372 11 Dekabr 2013 15:34 | Cəmiyyət

Milli Məclisin deputatları Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün Kiyev şəhərində səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 12-dən 16-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar.

Səfər zamanı deputatlar bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.

AzNews.az
Bağla X