Yazıçıların mənzilinə müştəri tapılmır- Açıqlama

"Yazıçılara verilən 9 mənzilin satışa çıxarılmasından iki həftədən xeyli vaxt keçib. Amma hələ də 9 mənzildən heç biri satılmayıb".


Bunu AzNews.az-a Yazıçılar Birliyinin sədr müşaviri Arif Mədətov deyib. Onun sözlərinə görə, yaxın günlərdə nəticə əldə edilə bilər:

"Bu məsələyə görə gedib-gələnlər var. Yaxın günlərdə nəsə gözləyirik. Bəlkə yazıçılardan yeni il ərəfəsində kimsə sevinər".
Xatırladaq ki, yazıçılara 9 mənzilli ev "Abidə" MTK tərəfindən verilib. Yazıçılar həmin evi satışa çıxarsalar da sözügedən şirkət onlara mane olub.

Məsələyə Yazıçılar Birliyinin sədri Anar Rzayev qarışandan sonra şirkət həmin mənzillərin satılmasına maneçilik törətməyəcəyini bildirib.

Bahar Rüstəmli
AzNews.az