Ayaz Mütəllibov Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov mərhum dövlət başçısı Heydər Əliyevin məzarını ziyarət edib.

AzNews.az-ın xəbərinə görə, bu gün Ayaz Mütəllibov Fəxri Xiyabana gedib, burada Heydər Əliyevin məzarını ehtiram əlaməti olaraq ziyarət edib.

Qeyd edək ki, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 1992-ci ildə - AXC hakimiyyətə gəldikdən sonra öz vəzifəsinin icrasını yarımçıq qoyaraq, ölkəni tərk edib.

Sabiq prezident "Eks-prezident haqqında" Qanunun qəbulundan sonra isə 2012-ci ildə birdəfəlik Azərbaycana dönüb.

AzNews.az