- Köhnə - Cəmiyyət
- 13 Dekabr 2013 08:34
- 1 841
Bakıda satış yarmarkaları təşkil ediləcək
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istehlakçılar bu yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.
Satış yarmarkalarının təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.
Bununla yanaşı, Yeni il bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.
AzNews.az