Ölüm ayağında olan yazıçının qızı danışdı

"Atam ağır xəstədir. Ölüm ayağındadır. Bununla bağlı Yazıçılar Birliyinə müraciət etsək də, qurumdan atamın halını quru sözlə də soruşan olmadı. Elə bil birliyin Adil Mirseyid adlı üzvü yoxmuş".


Bunu AzNew.az-a şair A.Mirseyidin qızı Ayan Mirseyid dedi. Onun sözlərinə görə, A.Mirseyidin müalicəsi Türkiyə və İranda mümkündür. Amma ailə o müalicəyə verəcəyi pulu tapa bilmir:

"Yazıçılar Birliyinə müraciət etdik. Onlardan isə haray yox. Atamın qaraciyəri dəyişilməlidir. Ya da 3 aydan bir güclü müalicə aparılmalıdır. Bizim də o müalicəyə verəcəyimiz pulumuz yoxdur. Atamın vəziyyəti çox pisdir, gözümüz görə-görə itiririk onu".

Bahar Rüstəmli
AzNew.az