Hacı Məmmədovun şifrəli- Tabloları

Yağlı boya ilə çəkilmiş bu şəkilləri Hacı Məmmədov ona müxtəlif illərdə verib


Sabiq polis polkovniki Hacı Məmmədovun həbsxanada müxtəlif rəsm əsərləri çəkdiyinə dair məlumatlar ölkə mediasında çoxdan yayılıb. Bugun.az Azərbaycanın 1 nömrəli qanqsterinin tablolarını əldə edib.

İşgəncələr Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Hacı Məmmədovun ona təqdim etdiyi 4 tablonu Bugun.az-a təqdim edib.

Hüquq müdafiəçisi bildirib ki, yağlı boya ilə çəkilmiş bu şəkilləri Hacı Məmmədov ona müxtəlif illərdə verib:

"Rəsmlərin arxasında onların çəkildiyi tarix qeyd olunub. Orada Hacı Məmmədov həm də onları mənə hədiyyə etdiyini yazıb. Özü mənə deyib ki, onların hər birinin parolu, şifrəsi var. Lakin o parolu mənə açmır".

Elçin Behbudov onu da deyib ki, həmin şəkillərin üzərində müxtəlif qurumların ekspertləri işləyiblər. "Ola bilsin onlar hansısa rəyə gəliblər. Amma mənə bu barədə heç nə deyilməyib".

Elçin Behbudov deyib ki, rəsmlərin qiymətləri ilə maraqlanmayıb: "Amma mənə elə gəlir ki, vaxt gələcək bu rəsmlərin qiyməti olmayacaq. Ofisimizdə oğurluq olmuşdu. Qorxdum ki, birdən Hacının şəkilləri də oğurlanar. Amma xoşbəxtlikdən oğrular bu rəsmlərin qiymətini başa düşməyib".

Rəsm 1. Zəncirdə olan şir. Şirin zənciri bir qadının əlindədir. Ətrafda 5 ağ göyərçin uçuşur.




Rəsm 2. Əlində silah olan cavan oğlan. Arxada məşhur "Biq Ben" saatı, "Jeep" maşını və yerə sərilmiş kişi meyiti.

Oğlanın üzündə təbəssüm var. Əlinin şəhadət və orta barmağını yuxarı tutmaqla ya latınca "viktoriya" (qələbə) anlamını verən "V" işarəsini, ya da 2 rəqəmini göstərir.




Rəsm 3. Böyük bir daşa söykənmiş bir qadın. Saçlarının rəngindən rus olduğu görünür. Qadının söykəndiyi daşın üstündə İsa Peyğəmbərin şəkli həkk olunub.

Arxa fonda çəmənlikdə ağ at, başqa ölkəyə köç edən 3 durna, atın yanında isə kişi silueti, kölgə.



Rəsm 4. Başında şlyapa olan orta yaşlı kişi, arxada ağaclar və yenə də "202 nömrəli "Jeep" və yerdə kişi meyiti.