21:32
(077) 610-22-33

Tənzilə Rüstəmxanlı Türkiyədə konfransa qatılıb- FOTO

  • >
359 13 Dekabr 2013 14:21 | Cəmiyyət

Azəri-Türk Qadınlar Birliyini sədri Tənzilə Rüstəmxanlı Türkiyədə təhsil işçilərinin konfransında iştirak edib. Türkiyə İş Sendikası tərəfindən təşkil edilən konfransda Türkiyənin tanınmış elm xadimləri, təhsil işçiləri, müəllimlər iştirak edib. Türkiyə Kamu Sen ve Türk Eğitim Sen başqanı İsmayıl Koncuk tərəfindən konfransa dəvət alan T.Rüstəmxanlı tədbirdə çıxış edən iki qonaqdan biri olub. Belə ki, birlik sədrinin təhsil işçilərinin konfransında "Atatürk və türk milləti" mövzusunda çıxışı maraqla qarşılanıb. "Konfransdan olduqca məmnun qayıtdım. Bu təhsil işçilərini böyük Türkiyə buluşması idi. Gözəl təəssüratım var. Konfransda da qeyd etdim ki, Türkiyənin belə milli ruha bu gün çox böyük ehtiyacı var" deyə Tənzilə Rüstəmxanlı AzNews.az-a bildirib.

Konfrans iştirakçıları bu ilin noyabrında Bakıda Azəri –Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə keçirilən "Atatürk və Türk milləti" mövzusunda beynəlxalq simpoziumla bağlı da məlumatlandırılıb. Xatırladaq ki, adıçəkilən tədbirdə dünyanın 13 ölkəsindən 17 araşdırmaçı iştirak etmişdi.

Elnarə
AzNews.az

image description image description
Bağla X