Prezident “Dostluq” ordeni ilə təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Niderland Hökumətinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə enerji məsələlərinə dair xüsusi elçisi, senator Rene van der Lindenin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Rene van der Linden Azərbaycanla Niderland arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif edilib.


AzNews.az