09:07
(077) 610-22-33

Müdafiə naziri HHQ - nin hərbi hissəsində olub - FOTO

  • >
364 13 Dekabr 2013 20:18 | Cəmiyyət

Azərbaycan müdafiə naziri Zakir Həsənov Bakı Qarnizonunda yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, trenajor siniflərinin, yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.

Zabit heyəti ilə keçirilən görüşdə ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr haqqında danışılıb, xidmətdə fərqlənən hərbçilərə növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.

Müdafiə naziri hərbi hissədəki qərargah binası, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələri üçün nəzərdə tutulan yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.



AzNews.az
Bağla X