"Yoxlama işlərinin yaratdığı narahatlıq qalmaqdadır” "Yoxlama işlərinin yaratdığı narahatlıq qalmaqdadır”

“Qanun” Vergilər Nazirliyi ilə 2-ci məhkəməyə hazırlaşır

"Yoxlama işlərinin yaratdığı narahatlıq qalmaqdadır”



Vergilər Nazirliyi "Qanun" nəşriyyatında aparılan yoxlama işlərinin müddətini daha bir ay uzadıb.


Bu barədə modern.az-a nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat verib. O, yoxlama işlərinin nəşriyyatın fəaliyyətini iflic etmədiyini də bildirib:

"Yoxlama işləri fəaliyyətimizi iflic etməsə də, özünün yaratdığı bir narahatlıq var. İnanıram ki, bu narahatlıq da aradan qalxacaq. Təbii ki, işlərimizi görürük, xarici müəlliflər və nəşriyyatlarla müqaviləmiz var. İşlər davam edir. Ancaq yenə də yoxlama işlərinin yaratdığı narahatlıq qalmaqdadır".

Ş.Xuduoğlunun sözlərinə görə, Vergilər Nazirliyi yanında olan Audit İdarəsi məhkəməyə verilib. "Səbəb budur ki, dövlət məmuru səlahiyyətindən istifadə edərək, zorakı üsulla sənədləri götürüb. Artıq birinci məhkəmə iclası olub, ikinci məhkəmə iclasında gələn həftə olmalıdır".

AzNews.az