Slavyan Universitetində “Bir günlük xəlifə”lər


Bakı Slavyan Universitetində "Bir günlük xəlifə" – Tələbə Özünüidarəetmə Günü qeyd edilib.

Universitetin bütün rəhbər vəzifələrini tələbələrin icra etdiyi bu gündə bir sıra tədbirlər keçirilib.

Xəlifə tələbələri təbrik etmək üçün Azərbaycanın 8 təhsil ocağından 60-a qədər tələbə BSU-nun qonağı olub.

Bakı Dövlət Universitetindən, Azərbaycan Dillər Universitetindən, Prezident yanında İdarəçilik Akademiyasından, Qərb Universitetindən olan tələbələr çıxış edərək Xəlifə-tələbələrə bu məsuliyyətli işdə uğurlar arzulayılar.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, pedaqoji elmlər doktoru Əjdər Ağayev, tanınmış televiziya mütəxəssisi, filologiya elmləri doktoru Qulu Məhərrəmli, Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Durmuş Gökmen bu əlamətdar gündə Bakı Slavyan Universitetinin qonaqlar arasında olub.

Qonaqlar Universitetin "Bir günlük xəlifə" layihəsini dəstəklədiklərini bildirərək eyni zamanda bu layihənin gənclərin gələcək inkişafında böyük rol oynayacağına əmin olduqlarını da vurğulayıblar.

Xatırladaq ki, "Bir günlük xəlifə" Tələbə özünüidarəetmə günü 2002-ci ildən başlayaraq hər il dekabr ayının 13-də Bakı Slavyan Universitetində keçirilir. Bu gün universitetin bütün rəhbər postlarında tələbələrin seçdiyi xəlifələr fəaliyyət göstərir.

Elnur
AzNews.az
image description