- Köhnə - Cəmiyyət
- 16 Dekabr 2013 09:58
- 2 387
Sankt-Peterburqda Heydər Əliyevin barelyefi açılıb
AzNews.az Azerros-un rəsmi saytına istinadən xəbər verir ki, mərasim Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil aldığı binanın qarşısında, Qoroxova küçəsi-6 ünvanında keçirilib.
Mərasimdə Azərbaycanın Sankt-Peterburqdakı Konsulluğunun əməkdaşları, Azərbaycan diasporunun təmsilçilər iştirak edib.
Mərasim iştirakçıları Heydər Əliyevin Azərbaycandan kənarda yaşayan soydaşlarımızla bağlı siyasətindən danışaraq, həmvətənlərimizin təşkilatlanmasında onun rolunu xüsusi vurğulayıblar.
Elnur
AzNews.az