Baş redaktorun şad günü

Bu gün tanınmış jurnalist, Lent.az saytının baş redaktoru Qabil Abbasoğlunun ad günüdür.


Q.Abbasoğlu jurnalist fəaliyyətinə 1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək başlayıb. 1992-ci ildə AzərTAC-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub.

1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib. 2005-ci ilin yanvarına qədər "Yeni Müsavat", həmin ilin fevralından isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib.

2008-ci ilin iyununda lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub.

AzNews.az bu günə qədər sevdiyi peşəsindən ayrı düşməyən Qabil Abbasoğlunu təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

AzNews.az